
“Rusiya tərəfi ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanmasına yanaşmasında yenidən dəyişiklik ehtimalını istisna etmir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Moskva bu prosesdə ciddi narahatlıq görmür, lakin əvvəlki mərhələlərdə xüsusilə Ankoricdə keçirilən görüşdən sonra müşahidə olunduğu kimi Vaşinqtonun mövqeyində yenidən korrektələr ola biləcəyini ehtimal edir.
Lavrov vurğulayıb ki, Rusiya ABŞ-ın siyasətində mümkün dəyişiklikləri nəzərə alır və bu dinamikanı diqqətlə izləyir.
Safura Bənnayeva
Globalinfo.az