hormuz

İranın Ali Milli Təhlükəsizlik Şurası Hörmüz boğazından keçəcək gəmilər üçün yeni şərtləri açıqlayıb.

Globalinfo.az xəbər verir ki, qurumun yaydığı rəsmi bəyanata əsasən, ABŞ və İran arasında əldə olunduğu bildirilən qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq, növbəti 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum tutulmayacaq.

Məlumatda qeyd olunur ki, bu strateji dəniz marşrutundan istifadə etmək istəyən kommersiya gəmiləri əvvəlcədən müraciətlərini İranın Fars körfəzinə nəzarət idarəsinə (PGSA) təqdim etməlidirlər.

Bəyanatda həmçinin vurğulanır ki, təhlükəsizliyin təmin edilməsi və mümkün dəniz qəzalarının qarşısının alınması məqsədilə bütün gəmilər əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə və təyin olunmuş vaxt qrafikinə uyğun hərəkət etməlidirlər.

Ali Milli Təhlükəsizlik Şurası Hörmüz boğazının minalardan təmizlənməsi məsələsinə də toxunaraq bildirib ki, mövcud razılaşmalar çərçivəsində təhlükəsiz naviqasiyanın təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: