Özbəkistan millisinin 2026-cı il Dünya Çempionatında debüt oyunu ilə bağlı ölkədə maraqlı qərar verilib.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, prezident Şavkat Mirziyoyev dövlət işçilərinin sabah işə adi vaxtdan gec başlamasına icazə verib.
Buna səbəb Özbəkistan millisinin K qrupunun ilk turunda Kolumbiya ilə keçirəcəyi matçdır. Görüş Özbəkistan vaxtı ilə səhər saat 07:00-da başlayacaq. Bu səbəbdən dövlət işçilərinin iş günü saat 10:00-dan start götürəcək.
Qeyd edək ki, Özbəkistan millisi tarixində ilk dəfə Dünya Kubokunda iştirak edir.
Komandanın K qrupundakı rəqibləri Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikasıdır.