Xmelnitskidə Ukrayna ordusuna aid Su-24 təyyarəsinin qəzaya uğraması nəticəsində hər iki ekipaj üzvü həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.
***22:12
İyunun 16-da Ukraynaya məxsus hərbi təyyarə Xmelnitski vilayətində qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan təyyarənin hansı tipə aid olduğu hələlik açıqlanmayıb. Bununla belə, yerli teleqram kanalları hadisənin MiG-29 qırıcı təyyarəsi ilə bağlı ola biləcəyini iddia edirlər.
Bildirilib ki, qəza Xmelnitski vilayətinin Şepetovka şəhəri yaxınlığında baş verib. Yerli sakinlərin sözlərinə görə, əvvəlcə təyyarənin səsi eşidilib, daha sonra isə güclü partlayış baş verib.
Hadisənin səbəbləri və mümkün itkilərlə bağlı rəsmi məlumat açıqlanmayıb.