ABŞ Prezidenti Donald Tramp Ağ Evə planlaşdırılan dron hücumu barədə xəbərə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Tramp bu haqda nəsə eşitmədiyini deyib.
Bundan əvvəl “New York Post” ABŞ Federal Təhqiqat Bürosunun (FTB) Ağ Evə dron hücumunun qarşısını aldığını yazmışdı.
Bildirilmişdi ki, istintaq çərçivəsində beş nəfər saxlanılıb, daha 23 nəfərin isə onların əlaltıları olduğu müəyyən edilib.
İddialara görə, şübhəlilər Ağ Ev yaxınlığındakı binalara partlayıcı yüklü pilotsuz uçuş aparatları ilə zərbələr endirməyi planlaşdırıblar. Məqsəd kütləvi təxliyə yaratmaq, daha sonra isə ərazidən çıxan insanlara snayperlərlə hücum etmək olub.
Hadisə ilə bağlı əlavə detalların açıqlanacağı gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az