yanh 1

Ukrayna dronları bu səhər Rusiya paytaxtının eşelonlaşdırılmış hava hücumundan müdafiəsini yararaq Moskva Neftayırma Zavoduna zərbə endirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli yazıb.

O qeyd edib ki,  “Qazpromneft”ə məxsus bu müəssisə Moskvanın benzinə olan tələbatının 40%-ni, dizelə olan ehtiyacının 50%-ni təmin edir:

“Son həftələr Rusiyanın bir çox regionunda qənaət rejimi tətbiq edilib və yanacaqdoldurma məntəqələrində hər avtomobilə maksimum 20 litr benzin vurulur. İyunun ilk həftəsində ölkədə neft emalı sutkada 4 milyon bareldən aşağı düşüb ki, bu, son 21 ilin ən aşağı göstəricisidir”.

Ş.Cəfərli bildirib ki, işğal olunmuş Krımda isə vəziyyət daha pisdir:

Ukrayna ordusu yarımadanın, eləcə də Zaporojye və Xersonun işğal altındakı hissəsinin logistikasını tamamilə kəsmək istiqamətində əməliyyatları davam etdirir. Bu prosesin yekununda Xersonun cənubu və Krım istiqamətində hücum əməliyyatının keçirilməsi istisna deyil. Rusiya daxili bazarı ciddi yanacaq böhranı ərəfəsindədir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: