1781291903293 643014028

ABŞ-nin Texas ştatının qərbində kütləvi atışma nəticəsində 1 nəfər ölüb və azı 10 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, atəş səsləri Uest-Uoll-stritdə 4600-cü məhəllədə yerləşən binada eşidilib.

Şəhər meri Lori Blonq bildirib ki, ümumilikdə 11 nəfərin xəsarət aldığı məlumdur, onlardan azı 1 nəfər hadisə yerində həlak olub.

Onun sözlərinə görə, atəş açan şəxs zərərsizləşdirilib.

Rəsmilər hələlik şübhəli şəxs və hücumun mümkün motivləri barədə məlumat açıqlamırlar.

Paylaş: