mask

Amerikalı sahibkar İlon Mask tarixdə ilk trilyonçu olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

O buna “SpaceX” şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) sayəsində nail olub.

Məlumata görə, daha əvvəl şirkət IPO çərçivəsində rekord 75 milyard dollar cəlb edəcəyini bildirmişdi.

“SpaceX” şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirilməsi ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Şirkət bir səhm üçün 135 dollar qiymətinə 555 555 555 səhm yerləşdirib.

“SpaceX”in qiymətli kağızları iyunun 12-dən “Nasdaq” elektron birjasında “SPCX” indeksi altında satışa çıxarılacaq.

Paylaş: