yemen

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Təl-Əviv ətrafındakı hədəflərə raket zərbələri endirdiyini və İsrailə məxsus gəmilərin Qırmızı dənizdən keçməsinə tam qadağa qoyduğunu bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə radikalların silahlı qüvvələrinin X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

Husilər hədəfləri dəqiq vurduqlarını iddia ediblər.

Onlar həmçinin bəyan ediblər ki, bu açıqlamanın dərc olunduğu andan etibarən İsrail ordusunun bütün hərəkətləri “Ənsar Allah” silahlı qüvvələri üçün legitim hərbi hədəf hesab olunacaq.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: