Ermənistan parlamentinin spikeri Alen Simonyan səsverməyə qızı ilə birlikdə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Simonyan bildirib ki, övladının sülh içində və zəngin bir ölkədə yaşamasını istəyir və bunun üçün əlindən gələni edəcək.
Spikerə əvvəllər hakimiyyətin üçüncü müddətə davam etməsinə qarşı çıxış etdiyi xatırladılıb. O isə qarşılığında bunları deyib:
“Niyə belə savadsız narrativləri təkrarlayırsınız? Ermənistan parlament respublikasıdır və bu o deməkdir ki, hətta hər il seçkilər də keçirilə bilər. Necə oldu ki, bu məsələ 3 və ya 4 müddət anlayışına çevrildi? Siz Serj Sarkisyanın prezidentlik sistemini parlamentli sistemlə müqayisə edirsiniz? Yəni Serj Sarkisyan Angela Merkel və Marqaret Tetçer kimi 3-cü müddətə seçilmiş sayılır?”.
Simonyan həmçinin bildirib ki, 2031-ci ildə də Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının namizədi olacağını gözləyir.
Safura Bənnayeva
Globalinfo.az