Fransanın keçmiş prezidenti Jak Şirakın (1995-2007) dul arvadı Bernadett Şirak 93 yaşında vəfat edib.
Globalinfo.az Fransa mətbuatına istinadla xəbər verir ki, Bernadett Şirak Fransa tarixində seçkili siyasi vəzifə tutan ilk və yeganə birinci xanım olub.
O, 1971-ci ildə Korrez departamentində Sarran bələdiyyə şurasına seçilib və 1979-cu ildən 2015-ci ilə qədər departamentin baş müşaviri vəzifəsində çalışıb.
Jak Şirakla Bernadett Şirak Paris Siyasi Araşdırmalar İnstitutunda oxuyarkən tanış olublar və 1956-cı ildə evləniblər.
Onların evliliyi 63 ildən çox – 2019-cu ildə Jak Şirak ölənə qədər davam edib.