rusiya ukrayna

Vaşinqton Ukraynadakı münaqişənin diplomatik yolla, danışıqlar prosesi vasitəsilə həll olunmasını istəyir.

Globalinfo.az xəbər verir ki, bunu Nümayəndələr Palatasında keçirilən dinləmələrdə çıxış edən ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Biz Ukraynadakı münaqişənin yalnız danışıqlar prosesi ilə başa çatmasını görmək istərdik”, – deyə o bildirib.

Daha əvvəl xəbər verildiyi kimi, eyni dinləmə zamanı Rubio konqresmen Ana Paulina Lunanın Rusiya kimi supergüclə əlaqələrin qorunmasının vacibliyi ilə bağlı sualını cavablandırıb.

ABŞ-ın yüksək vəzifəli diplomatı daha sonra qeyd edib ki, Ukraynadakı silahlı münaqişə bitdikdən sonra iki ölkə arasında münasibətlər daha dostlaşacaq və daha asan qorunacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: