“PAŞA Kapital” 2025-ci ili gəlir və mənfəət artımı ilə başa vurub, şirkətin aktivləri genişlənib”.
Globalinfo.az xəbər verir ki, bunu şirkətin İdarə Heyətinin üzvü Elnur Fətullayev 2025-ci ilin maliyyə nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ötən il şirkətin gəlirləri əvvəlki illə müqayisədə 18% artaraq 8,4 milyon manatdan 9,9 milyon manata yüksəlib:
“Gəlirlərin böyük hissəsi haqq və komissiya gəlirlərinin payına düşüb. Bu istiqamətdə 6,3 milyon manat gəlir əldə olunub. Bundan başqa, şirkətin xalis faiz gəliri 2,4 milyon manat təşkil edib”.
E.Fətullayev qeyd edib ki, haqq və komissiya gəlirlərinin əsas hissəsini broker xidmətləri formalaşdırıb:
“Belə ki, bu xidmətlərin payı ümumi gəlirlərin 69,7%-ni təşkil edib. Anderaytinq xidmətlərinin payı 28,8%, digər əməliyyatlardan əldə olunan gəlirlərin payı isə 1,5% olub. Şirkətin xalis mənfəəti də artaraq 2024-cü ildəki 2,2 milyon manatdan 2025-ci ildə 2,5 milyon manata yüksəlib. Bu isə illik müqayisədə 13% artım deməkdir”.
Ləman İmran
Globalinfo.az