ps 11

“PAŞA Kapital İnvestisiya Şirkəti” ASC-də idarəetmə strukturunda dəyişikliklər edilib.

Globalinfo.az-ın məlumatına görə, bu barədə şirkətin Marketinq direktoru Gülşən Cumayeva keçirilən mətbuat konfransında açıqlama verib.

Bildirilib ki, qurumda İdarə Heyəti ləğv olunaraq, onun əvəzinə təkbaşına icra orqanı qismində İcraçı direktorluq institutu yaradılıb.

Qəbul edilən qərara əsasən, İsi Mustafayev Baş İcraçı direktor, Elnur Fətullayev isə Baş İcraçı direktorun müavini vəzifəsinə təyin olunub.

Ləman İmran
Globalinfo.az

Paylaş: