usakov

“Ukrayna və Avropa ölkələri ABŞ-ın Ukrayna üzrə sülh sazişi əldə etməsinə imkan vermir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyi Avropa İttifaqına (Aİ) arxalandığı üçün daha sərt mövqe tutur.

“Bir çoxları bunu razılaşmalar adlandırır. Mən daha dəqiq desəm, bunlar müəyyən anlayışlar idi. Ukrayna münaqişəsinin tənzimlənməsi kontekstində tərəflərin hansı addımları atacağı barədə qarşılıqlı anlaşmalar əldə olunmuşdu.

Amerikalılar öz hissələrini yerinə yetirməyə söz vermişdilər, lakin Kiyevin davranışı ilə bağlı bir sıra çətinliklərlə üzləşdilər”, – deyə Uşakov bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: