iran

BƏƏ-nin Xarici İşlər Nazirliyi Hindistanda keçirilən BRICS ölkələrinin xarici işlər nazirlərinin görüşündə öz nümayəndəsinin çıxışının məzmununu yayıb.

Globalinfo.az xəbər verir ki, əmirliklər nümayəndəsi ölkəsinin İrana qarşı həyata keçirilən hücumlara bəraət qazandırmaq cəhdlərini, eləcə də onun suverenliyini, milli təhlükəsizliyini və müstəqil qərarvermə hüququnu təhdid edən istənilən addımları rədd etdiyini təsdiqləyib.

O, həmçinin vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri istənilən təhdid, iddia və ya düşmən xarakterli hərəkətlər qarşısında bütün suveren, hüquqi, diplomatik və hərbi hüquqlarını özündə saxlayır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: