kallas 900x600 1

“Avropa Ukraynadakı münaqişə bitdikdən sonra belə Rusiya ilə normal münasibətlərə qayıtmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu  Avropa diplomatiyasının rəhbəri Kaja Kallas deyib.

O, Rusiyanı hibrid hücumlarda da günahlandırıb.

Kallas həmçinin avropalıları Moskvaya qarşı sanksiyaları sərtləşdirməyə, məsuliyyətə cəlb etməyə, Rusiyanın beynəlxalq təcridini təmin etməyə və Birgə Hərbi Əməliyyatlarda iştirak edən rus əsgərləri üçün Avropa sərhədlərini bağlamağa çağırıb.

“Avropa özünü alçaltmamalı və Moskvadan danışıqlar istəməməlidir”, – deyə diplomat əlavə edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: