tehran hucum 2

***22:18

İranın paytaxtı Tehranda hava hücumundan müdafiə sistemlərinin aktivləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, şəhərin müxtəlif ərazilərində sistemlərin “düşmən hədəflərə” qarşı fəaliyyət göstərdiyi müşahidə olunub.

Hadisənin detalları və mümkün nəticələr barədə hələlik rəsmi açıqlama verilməyib.

Proseslərin fonunda İsrail müdafiə naziri İsrael Katz İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: