Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilir ki, buna səbəb müşavirin evinə “Şahed” pilotsuz uçuş aparatının düşməsi olub.
“Artıq evim yoxdur. Mən də yaralanmışam. Amma əsas odur ki, möcüzə sayəsində sağ qalmışam. Hadisələrin belə inkişafına mənəvi olaraq hazır idim və bu məni dayandırmayacaq”, – deyə Sergey Beskrestnov qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az