Sulhmeramli ermeni

Ötən gün Qarabağda Azərbaycan hərbçilərinə hücumdan sonra Xankəndidə xaos başlayıb.

Globalinfo.az xəbər verir ki, erməni Teleqram kanalları Bakının dünənki insidentdən sonra qisas əməliyyatına başlayacağını təbliğ etməyə start veriblər. Bununla bərabər, Xankəndidə əhaliyə silah paylanılmasına da çağırış edilib.

Həmçinin dünənki insidentdən sonra Rusiya sülhməramlılarına qarşı da fəaliyyət güclənib. Xankəndidə “müxaliflərin lideri” olan Tiqran Petrosyan isə Rusiya sülhməramlılarını BMT sülhməramlıları ilə əvəz etməyin vaxtı çatdığına dair bəyanat yayıb.

Rusiyaya yaxın qruplar isə baş verənlərdə İrəvanı ittiham ediblər.

Ən maraqlı məqam isə yaşananların fonunda Ruben Vardanyanın yenidən aktivləşməsidir. “Bəyanat” yayan Vardanyan erməniləri Azərbaycanla danışıqları dayandırmağa çağırıb.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: