1775232958 photo 5368786223712901201 y 8

İsrail Hərbi Hava Qüvvələrinin İran və Livanda genişmiqyaslı hava əməliyyatı zamanı 200-dən çox hədəf vurulub. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Hücum zamanı əsas hədəf İranda SEPAH-a məxsus hərbi obyektlər, silah anbarları, raket istehsalı müəssisələri və hava hücumundan müdafiə sistemləri olub. Livanda isə “Hizbullah”a məxsus obyektlər, raket buraxılış qurğuları, silah anbarları və “Raduan” xüsusi qüvvələrinin komanda mərkəzləri hədəfə alınıb.

Paylaş: