iran xerite 25254
ABŞ xüsusi təyinatlı hərbçiləri kütləvi şəkildə Yaxın Şərqə göndərilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ ordusunun seçilmiş 82-ci hava-desant bölməsindən minlərlə əsgər Yaxın Şərqə yola salınıb:

“Onların arasında bölmənin komandası, dəstək briqadaları və döyüş qrupları var. Bundan əvvəl bölgəyə minlərlə dəniz piyadası və dənizçi artıq göndərilib.

Bu hərbçilərin bölgəyə gəlməsi bir həftə davam edəcək. Amma ABŞ-ın İran ərazisinə qoşun yeritməsi barədə hələ qərar verilməyib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: