İsrailin infrastruktur mərkəzləri İran ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumunun hədəfi olub.
Globalinfo.az xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında qeyd edilib.
“Müxtəlif növ döyüş PUA-larından istifadə edərək Nof ha-Galil sənaye şəhərində və Təl-Əvivdə “Elbit Systems”, “Kanfit” infrastruktur mərkəzlərini, müdafiə-hücum sistemlərinin istehsalı müəssisəsinə hücum etmişik”, – bəyanatda bildirilib.
Qeyd olunub ki, “Dəmir Qübbə” kimi raket və müdafiə sistemləri istehsal edən mərkəzlər vurulub:
“Elbit Systems” elektron müharibə, PUA istehsalı, kəşfiyyat sistemləri və radar sensorları sahəsində fəaliyyət göstərən silah mərkəzidir və İsrailin müxtəlif ölkələrə silah ixracının mühüm hissəsini təşkil edir.