beqayi 900x507 1

ABŞ-ın münaqişənin həlli ilə bağlı təklifləri real deyil”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Dünyanın, hətta Amerikanın özündəki insanların ABŞ diplomatiyasını nə dərəcədə etibarlı hesab etdiyini bilmirəm. Müxtəlif ABŞ rəsmilərinin ziddiyyətli davranışlarına baxmayaraq, Tehranın mövqeyi əvvəldən aydın idi. Hansı çərçivənin bizim üçün məqbul olduğunu çox yaxşı bilirik”, – deyə o bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Tehran Vaşinqtonun danışıqlar aparmaq istədiyinə inanmır:

“Çünki ABŞ danışıqlar prosesinin ortasında – 2025-ci ilin iyununda və 2026-cı ilin fevralında İrana iki dəfə hücum edib. Hazırda ABŞ-ın hərbi təcavüzünün getdikcə artan intensivliklə davam etdiyi bir vəziyyət yaşayırıq. Buna görə də bütün səylərimiz özünümüdafiəyə yönəlib. Bu ifadələri səmimi hesab etmirik. Bir ildən az müddətdə iki dəfə baş verən diplomatiya xəyanətini öz gözlərimizlə görmüşük”.

Bundan əvvəl Prezident Donald Tramp bildirib ki, ABŞ İranla həm birbaşa, həm də vasitəçilər vasitəsilə danışıqlar aparır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: