vens 3

ABŞ-ın vitse-prezidenti J.D. Vens İranla bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, ölkəsinin bölgədə uzunmüddətli qalmaq niyyətinin olmadığını bildirib.

O qeyd edib ki, Vaşinqtonun əsas məqsədi konkret vəzifələri yerinə yetirməkdir və bu proses başa çatdıqdan sonra ABŞ qüvvələri regiondan çıxacaq. Vensin sözlərinə görə, bu addımlar həm də qlobal enerji bazarına təsir göstərəcək.

“Biz bir-iki il İranda qalmaqda maraqlı deyilik. Biz öz işimizlə məşğuluq, tezliklə oradan çıxacağıq və yanacaq qiymətləri yenidən düşəcək”, – deyə o vurğulayıb.

Vitse-prezident əlavə edib ki, bölgədə sabitliyin təmin olunması və enerji bazarlarında balansın qorunması ABŞ-ın prioritetləri sırasındadır.

Tahir Turan
Globalinfo.az

Paylaş: