“Üzümüz Qərbə çevrilsə də, Türkiyə Şərqlə, o cümlədən BRİKS ölkələri və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri dərinləşdirməkdə davam edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Qeyd edək ki, NATO üzvü olan Türkiyə son aylarda Çin və Rusiyanın da yer aldığı BRİKS və ŞƏT kimi təşkilatlara qoşulmaqda maraqlı olduğunu bildirib. Ankaranın təkzib etməsinə baxmayaraq, bu, ABŞ və Avropada Türkiyənin ənənəvi Qərb geosiyasi oriyentasiyasından uzaqlaşa biləcəyi ilə bağlı narahatlığı artırıb.
Lakin Ərdoğan deyib ki, bu cür fikirlər əsassızdır. Amma Türkiyə iqtisadiyyat, istehsal və texnologiya sahəsində yaranan yeni güc mərkəzlərinə uyğunlaşmalı, eyni zamanda bütün oyunçularla birlikdə imkanlara açıq qalmalıdır.
“Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatından tutmuş BRİKS və ASEAN-a qədər bütün ölkələrlə dialoqu genişləndirmək istəyinin təməlində məhz bu yanaşma dayanır. Əlbəttə, üzümüz Qərbə doğru çevrilib, lakin bu, Şərqdən üz döndərəcəyimiz, məhəl qoymayacağımız və ya aqələrimizi yaxşılaşdırmayacağımız anlamına gəlmir”, – deyə Ərdoğan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az