thumbs b c 7e02d53ebb598f0151ae7f2c6f8c9aca

İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin öldürüldüyü bildirilən evin görütüləri yayılıb. 

Globalinfo.az xəbər verir ki, Laricaninin oğlu ilə birlikdə martın 16-dan 17-nə keçən gecə qızının Pərdüsdə yerləşən evində olduğu bildirilir.

Məlumata görə, gecə saatlarında evə hava hücumu edilib, nəticədə Laricani, oğlu və bir neçə təhlükəsizlik əməkdaşı həlak olub.

Pərdüsün Neistan küçəsində yerləşən evin yarısı dağılıb. Gecə saat 02:30 radələrində küçə ilə hərəkət dayandırılıb, yolla bağlanıb, əraziyə giriş məhdudlaşdırılıb.

Ətrafdakı insanlar nə baş verdiyini anlamayıblar. Gün ərinzdə Laricaninin həlak olma xəbəri gizli saxlanılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: