İraqın paytaxtı Bağdaddakı ABŞ hərbi bazasına raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, ABŞ-ın “Viktoriya” bazasına üç dron və bir neçə raketlə hücumu edilib və onlar hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Qeyd edək ki, bir qədər əvvəl “Hizbullah” qruplaşmasının “Viktoriya” hərbi bazasına hücumundan sonra obyektdə böyük yanğın baş vermişdi.
Tahir Turan
Globalinfo.az