VACİB XƏBƏRLƏR

“Neftçi” “Qəbələ”ni məğlub etdi

İdman
img 7513

Azərbaycan Premyer Liqasının XXIV turunda “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəlib.

Globalinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüşdə ilk qolu 19-cu dəqiqədə Seydina Keyta penaltidən vurub. 3 dəqiqə sonra isə Bassala Sambu hesabı bərabərləşdirib. Matçın 69-cu dəqiqəsində Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək “Neftçi”ni yenidən önə keçirib. 77-ci dəqiqədə isə Murad Məmmədov komandasının qələbə qolunun müəllifi olub.

Bu nəticədən sonra Yuri Vernidubun komandası xallarını 34-ə çatdıraraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib. Kaxaber Tsxadadzenin kollektivi isə hazırda 16 xalla 11-ci pillədə yer alır.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşündə “Kəpəz” “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış