qarabag neftvi

“Neftçi”nin bu gün “Qarabağ”a 0:4, ilk dövrədə isə 1:3 hesablı məğlubiyyəti əslində ciddi problemin göstəricisidir”.

Globalinfo.az xəbər verir ki, Qol.az saytının baş redaktoru Aydın Bağırov Misli Premyer Liqasının 16-cı turunda “Neftçi”nin əzəli rəqibi “Qarabağ”a 0:4 hesabı ilə ağır məğlubiyyətə uğramasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, ölkə futbolunun iki lider klubu arasında böyük bir fərq, daha doğrusu, uçurumun olduğuna işarədir:

“Düzdür, oyun nəticəsi baxımından bu gün udan “Qarabağ”dır, amma uduzan Azərbaycan futbolu.

İki əzəli rəqib arasında oyun, idarəçilik baxımından fərq bu boyda olmamalıdır. Yüksək maddi imkanlara malik “Neftçi”nin bugünkü ağır durumu (xal baxımından) məyusedici faktdır. Ümid etmək istərdim ki, klubun Müşahidə Şurasının yeni rəhbəri – SOCAR-ın prezidenti “Neftçi”ni düşdüyü bu vəziyyətdən çıxarmaq üçün tezliklə ciddi tədbirlər görəcək.

“Neftçi”ni kimlərin bu hala saldığını və kimlərin getməli olduğunu isə onun azarkeşləri bu gün “Qarabağ”la matçda özləri ifadə ediblər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: