1772698428 1

Xəbər veridyimiz kimi, İran ordusuna məxsus dronlarla Naxçıvan ərazisinə hücum həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının, digəri isə Şəkərabad kənd məktəbinin yaxınlığına düşüb. Nəticədə iki nəfər xəsarət alıb, itki yoxdur.

İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notasının təqdim ediləcəyi bildirilib.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, İranın Azərbaycan ərazilərinə dron hücumları qətiyyətlə və şiddətlə qınanılmalıdır:

“Bu hərəkət beynəlxalq hüquqa və qonşuluq münasibətlərinə ziddir. Rəsmi Bakı bu vaxta qədər Tehrana münasibətdə heç zaman qeyri-adi və aqressiv addımlara yol verməyib. Ona görə də bu hadisədə hüquqi və siyasi qiymətləndirmə tələb edilir.

hikmet babaoglu 900x615 2
Hikmət Babaoğlu

Azərbaycan belə aqressiv hərəkətlərə cavab vermək hüququnu özündə saxlayır. Ancaq Azərbaycan vətəndaşları bilməlidir ki, ölkəmiz güclü və qüdrətlidir. Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımların atılmasında tərəddüd edilməyəcək.

Dəmir yumruğun kölgəsində daim sabitlik və rifah olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: