Martın 7-9-da Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər.
Globalinfo.az bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məlumat yayıb.
Bildirilib ki, 8 Mart – Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib.