Vilayət Eyvazovdan yeni təyinatlar

Bakı şəhəri Xəzər rayon Mühafizə İdarəsinə rəis təyin edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov Xəzər rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Bundan başqa, nazirin digər əmri ilə polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Eyni zamanda Beyləqan və Yevlaxa yeni polis rəisi təyin edilib.

Vilayət Eyvazov müvafiq əmrinə əsasən, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan RPŞ rəisi pois polkovniki Rüstəm Cəfərov Yevlax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

Həmçinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəisi təyin edilib.

Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov təyin edilib.

bas-pasport-qeydiyyat-ve-miqrasiya-idaresinin-yeni-reisi-o-oldu

Cəmil Əmirov