abs cin qarsidurmasi yeni baslayir

Vaşinqtonun məqsədi Çinlə münaqişəyə girmək deyil, əksinə, mümkün gərginliyin qarşısını almaqdır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbridge Kolbi deyib

O bildirib ki, ABŞ-ın Çinlə bağlı maraqları məhdud və məntiqlidir.

“Biz Çinlə münaqişə istəmirik. Əksinə, bundan yayınmağa çalışırıq. Maraqlarımızı açıq və aydın şəkildə ifadə edirik”, – deyə Kolbi vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Çini “boğmaq” və ya Pekini idarəetmə formasını dəyişməyə məcbur etmək niyyətində deyil.

Kolbi əlavə edib ki, Vaşinqtonun əsas məqsədi Çinin Hind-Sakit okean regionunda hegemon gücə çevrilməsinin qarşısını almaqdır.

Qeyd edək ki, son dövrlər ABŞ ilə Çin arasında münasibətlər Tayvan məsələsi, ticarət məhdudiyyətləri və hərbi mövcudluq fonunda gərgin olaraq qalır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: