783474632 pic4 zoom 1500x1500 88174

ABŞ və İran arasında imzalanan anlaşma memorandumunun təfərrüatları açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Fars Körfəzi ölkələri İranda yenidənqurma üçün yaradılacaq 300 milyard dollarlıq fondun üzvü olacaqlar, ABŞ isə bu fonda iştirak etməyəcək.

Bundan əlavə, ABŞ İslam Respublikası ilə yekun razılaşma imzalanana qədər regiondakı hərbi mövcudluğunu azaltmayacaq. Bu o deməkdir ki, Yaxın Şərqdə iki aviadaşıyıcı qrup hələ də qalacaq”, – deyə bildirilib.

Bundan əvvəl ABŞ və İran döyüş əməliyyatlarının dayandırılmasını və yeni danışıqlar mərhələsinin başlanmasını nəzərdə tutan müvəqqəti anlaşma memorandumu imzaladıqlarını açıqlamışdılar.

“Reuters”in məlumatına görə, sənəd 17 iyun tarixində ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanıb.

“Axios” isə bildirib ki, memorandum məsafədən, elektron qaydada imzalanıb və sonra qüvvəyə minib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: