pezeskian

ABŞ və İsrailin hücumlarına baxmayaraq, İran tutduğu yoldan dönmək istəmir”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O bildirib ki, insanların qətli, İrana qarşı yönəlmiş cinayətlər ölkənin öz vəzifəsini yerinə yetirməyinə mane olmayacaq:

“Qürur və müstəqillik yolunda möhkəm dayanırıq” , – Pezeşkian bildirib.

İran Prezidenti vurğulayıb ki, Ali rəhbər Əli Xameneinin öldürülməsi uzun müddət İran xalqının yaddaşında qalacaq.

Xatırladaq ki, fevralın 28-də İranın ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Paylaş: