iran

ABŞ-İsrail hücumu nəticəsində 12 İran əsgəri həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.

“Münaqişə zamanı 12 İran hərbçisi zərbələrdən sağ çıxa bilməyib”, – deyə bildirilib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlıq obyektləri, aerodromlar, pilotsuz uçuş meydançaları və hava hücumundan müdafiə sistemləri var idi.

Bundan sonra İslam Respublikası hakimiyyəti Bəhreyn , Qətər , Küveyt və İordaniyadakı İsrail və ABŞ hədəflərinə qarşı cavab zərbələri endirib. Birləşmiş Ərəb Əmirlikləri də hücuma məruz qalıb.

Elə həmin gün ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü elan edib. Tehran Xameneinin ölümünü 1 mart səhəri rəsmi olaraq etiraf edərək , bunu “bütün müsəlmanlara qarşı açıq müharibə” adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: