Fevralın 15-i Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinə kütləvi hücuma cəhd göstərib.
Globalinfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz özünün Teleqram kanalında məlumat yayıb.
“Səhər tezdən düşmən vilayətimizin ərazisinə kütləvi hücuma cəhd etdi”, – deyə o bildirib.
Qubernatorun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri, eləcə də BARS-Bryansk briqadasının mobil atəş qrupları və Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı bölmələri vilayət səmasında 120 pilotsuz uçuş aparatını məhv edib.
Tahir Turan
Globalinfo.az