691ed9866935c6d69e0e91c5

Şimali Kipr Türk Respublikasının yeni prezidenti Tufan Erhürman Kipr Respublikasının lideri Nikos Hristodulidislə görüşüb. 

Globalinfo.az xəbər verir ki, görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Kiprdəki nümayəndəsinin ofisində baş tutub.

Görüşdə BMT nümayəndəsi Khassim Diagne də iştirak edib. 

BMT-nin Baş katibinin Kipr üzrə köməkçisi Maria Angela Holguin isə videokonfransla görüşə qatılıb. 

Qeyd edək ki, bu, Tufan Erhürmanın prezident seçildikdən sonra adanın rum hökumətinin rəhbəri ilə ilk görüşüdür.

691ed9a16935c6d69e0e91cb

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: