41ca8e68 1fc0 35e7 ac9e 6ae7c4e44508 825

Latviyanın Sabitlik Partiyasının rəhbəri, Riqa Şəhər Şurasının üzvü Aleksey Roslikovun avtomobilində dinləmə cihazı tapılıb. 

Globalinfo.az xəbər verir ki, latış dilini aşağılamaq və rus dilini qəti şəkildə müdafiə etməkdə ittiham olunaraq bir müddət əvvəl barəsində inzibati cəza müəyyən edilən qalmaqallı deputat, məsələnin məhz Şuradakı çıxışları ilə bağlı olduğunu bildirir.

“Belə başa düşürəm ki, bu günlərdə rus dilli siyasətçilərin telefonlarını dinləmək və izləmək tamamilə normal qəbul edilir. Ümid edirəm ki, avtomobilimdən tapdığım qurğunu Latviya deyil, xarici kəşfiyyat orqanları quraşdırıblar. Lakin hər ehtimal mümkündür”, – Roslikov söyləyib.

Deputatın sözlərinə görə, qurğunu aşkarladıqdan sonra polis çağırıb, onlar hadisə yerinə gələrək Roslikova Latviya Dövlət Təhlükəsizliyi Xidmətinə getməyi tövsiyə ediblər və qurğunu yalnız onların söküb çıxara biləcəyini qeyd ediblər. Lakin bir müddət sonra polis özü çıxarıb.

Qeyd edək ki, A.Roslikov Latviyada Moskvaya yaxın siyasətçi kimi tanınır.

owl detail 620 b9d4a7d4347189146ef9625b6ba1c1c8

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: