2024 11 08T080609Z 1775704017 RC2V0BA7Q44W RTRMADP 3 GERMANY POLITICS MERZ pic 32ratio 900x600 900x600 31318

“Hazırda Qərbdə heç kim Ukraynaya quru qoşunlarının mümkün göndərilməsini müzakirə etmir”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

“Hazırdaa təşkəs olacağı təqdirdə Kiyev üçün təhlükəsizlik təminatları müzakirə olunur. Biz ilk növbədə Ukrayna Silahlı Qüvvələrinə dəstək verməyə yönəlib. Bu, mütləq prioritetdir”, – deyə o əlavə edib.

“Mən nə danışdığımızı bilirəm”, o, aparıcının Britaniya və Fransanın guya məsələni müzakirə etdiyi barədə iradına cavab olaraq vurğulayıb.

Avqustun 29-da “Blumberq” öz mənbələrinə istinadən bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri təhlükəsizlik təminatları çərçivəsində Ukraynaya yerləşdirilə biləcək qoşunların sayı ilə bağlı hələ qərar qəbul etməyiblər.

Avqustun 31-də isə Almaniya rəsmi olaraq açıqlayıb ki, atəşkəsdən sonra Ukraynaya ordu göndərmək niyyətini müzakirə etmir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: