01kgyb83dhnrja5mmj6dzhh9rs large

1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

Globalinfo.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Şəhla Kamilovanın vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.

Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.

Paylaş: