ronaldo

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynamaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.

Bildirilib ki, hücumçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klubu idarə etmə tərzindən narazıdır:

“Xüsusilə, Ronaldo komandaya yönəldilən investisiya səviyyəsindən şikayətlənir və matçlarda iştirak etməkdən imtina edir”.

Qeyd edək ki, Ronaldo 2023-cü ildən bəri “Əl-Nəsr”də oynayır. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Portuqaliyalı futbolçu beş dəfə “Qızıl top” mükafatını və beş dəfə Çempionlar Liqasını qazanıb. O, həmçinin 2016-cı ildə milli komanda ilə Avropa çempionatının qalibi olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: