İranın idman naziri Həmid Səccadinin olduğu helikopterin qəzaya uğraması nəticəsində nazirlik aparatının məsulu İsmayıl Əhmədi də həyatını itirib.
Bu haqda İran mətbuatı məlumat yayıb.
Qəza nəticəsində yaralanan idman naziri Həmid Səccadinin beyin qanaması keçirdiyi bildirilir.
***
17:40
İranda vertolyot qəzasında bir nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, idman nazirinin müşaviri İsmayıl Əhmədi həyatını itirib.
Qəza nəticəsində 12 nəfər xəsarət alıb.
***
17:03
İranın idman və gənclər naziri Həmid Səccadinin olduğu helikopterin qəzaya uğraması haqda məlumat yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə teleqram kanalları yerli mənbələrə istinadən məlumat yayıb.
Nazirin yaralandığı, xəstəxanaya yerləşdirildiyi bildirilib.
“Sputnik” də nazirin olduğu helikopterin qəzaya uğradığını bildirib.
Hadisə fevralın 23-də Kerman əyalətinin Baft şəhərində baş verib və Həmid Səccadi yaralı vəziyyətdə hospitala yerləşdirilib.
Naziri helikopterin göyərtəsində İran Voleybol Federasiyasının başçısı Pursalman müşayiət edirmiş.