ABŞ və İsrailin İrana hücumları nəticəsində İslam Respublikasının İlam vilayətində bu günə qədər 60 dinc sakin həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“ABŞ-İsrail hücumları zamanı İlam vilayətinin 93 nöqtəsi hücuma məruz qalıb, 61 binaya ziyan dəyib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, hücumların qurbanı olan 60 nəfər arasında azyaşlılar və qocalar da var.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.