Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Azərpoçt” MMC-yə məxsus avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.