Ağstafada 4 nəfər dəm qazından zəhərlənib

i 7

Ağstafada 4 nəfər dəm qazından zəhərlənib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirən 4 nəfərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə, onların hər biri yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.