media Iran etiraz crtvhg

İranın Kəşfiyyat Nazirliyi “casus avadanlıqları”nın böyük partiyasını, o cümlədən “Starlink” peyk interneti terminallarını ələ keçirdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, nazirliyin məlumatına görə, bu yük region ölkələrindən birindən qanunsuz şəkildə ölkəyə gətirilib və son günlər iğtişaşların baş verdiyi vilayətlərdə paylanması planlaşdırılıb.

Əldə olunan avadanlıqlar arasında 100 uzaqməsafəli qəbuledici, 50 BTS siqnal gücləndirici, müxtəlif markalara aid 743 ədəd 5G modemi və 799 müasir mobil telefon yer alıb.

Nazirlik bildirir ki, bu avadanlıqlar kompleks şəkildə istifadə olunsaydı, xarici agentlər və terrorçu qruplar mobil rabitə və internetə dağlıq, səhralıq və telekommunikasiya infrastrukturunun olmadığı ərazilərdə çıxış əldə edə bilərdi. Bu da onların kəşfiyyat və diversiya fəaliyyəti üçün imkan yaradacaqdı.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: