Xerson atəşə tutuldu: ölənlər var

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrini 26 dəfə atəşə tutub. 

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

O bildirib ki, hücum minaatanlar, artilleriya və PUA-larla həyata keçirilib.

Nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.