Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan rusiyalı təbliğatçı Vladimir Solovyovun bəyanatlarına sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, Rubinyan Solovyovu məşhur bir atalar sözündəki “it”ə bənzədib.
Rubinyan Facebook hesabında yazıb:
“İt hürər, karvan keçər. Bu halda it rusiyalı biznesmen Samvel Karapetyanın yaxın dostu Solovyovdur, karvan isə sevimli ölkəmizdir. O, geri dönüşü olmayan sülhə və inkişafa doğru irəliləyir”, – deyə Rubinyan vurğulayıb.
Xatırladaq ki, rusiyalı jurnalist Vladimir Solovyov efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyü ilə bağlı fikir səsləndirib.
Əliyar Xəlil